Slimfit
  1. İDMAN

Davit Volkovin: "Azərbaycan çempionatında çıxış etməyim mənim üçün yaxşıdır"

Davit Volkovin: "Azərbaycan çempionatında çıxış etməyim mənim üçün yaxşıdır"
Sakura

Davit Volkovin: "Azərbaycan çempionatında çıxış etməyim mənim üçün yaxşıdır"

"Qəbələ"nin futbolçusu Davit Volkovinsəfərdə "Sabah"1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra "Report"a müsahibə verib. Müsahibəni təqdim edirik:

- Matçın sonuna yaxın zədələnərək əvəzlənməli oldunuz. Vəziyyətin necədir və ümumiyyətlə, həmin epizodu necə xatırlayırsınız?

- Fikrimcə, elə ciddi xəsarət olmamalıdır. Rəqibin baş zərbəsi çənəmə dəydi.

- Oynamaq istəyirdiniz, yoxsa həkimlər mübarizəni davam etdirməyinizə icazə vermədilər?

- Zərbədən sonra nokdaunda idim.

- Ancaq həkimlərlə birgə sərbəst gəzərək ehtiyat oyunçular skamyasına gəldiniz...

- Heç nə xatırlamıram. Paltardəyişmə otağında hafizəm yerinə gəldi. Buna qədər olan yadımda deyil.

- Matçı necə dəyərləndirirsiniz?

- Ən əsası, qələbə qazandıq. İstəyirdik ki, səfərdən 3 xalla qayıdaq. Bunun üçün meydanda hər şeyi etdik. Yaxşı oynadıq və qalib gəldik. Hər şey bizim üçün müsbət alındı.

- Çox aktiv oynayırdınız. Amma komanda yoldaşınız Rauf Əliyev ötürmə verməməyinizdən gileyləndi. Dedi ki, bu, bir neçə dəfə baş verdi...

- (gülür) Belə dedi? Mən də ona ötürmə verdim, ancaq qol vurmadı. Təbii ki, zarafat edirəm (gülür).

- Artıq "Qəbələ"nin heyətində 2 rəsmi oyuna çıxmısınız. Yeni komandaya tam uyğunlaşmısınız?

- Azərbaycan çempionatı xoşuma gəlir. Burada çox qaçırlar, oyunlar sürətli keçir. Çox yaxşı çempionatdır. Azərbaycanda çıxış etməyim mənim üçün yaxşıdır.

- Debüt matçında sol, bu dəfə sağ vinger mövqeyində oynadınız. Yarımmüdafiənin hansı cinahında çıxış etmək sizə daha rahatdır?

- Mənim üçün önəmli deyil. Elə bir fərqi yoxdur ki, hansı cinahda yer alıram. Baş məşqçi hara qoysa, orada da oynayaram.

- Bu qələbədən sonra bir pillə irəliyərək 4-cü yerə qalxdınız. Sizcə, "Qəbələ"nin potensialı ən uzağı 3-cü yeri tutmağa imkan verir?

- Minimum 3-cü yerə...

- "Qarabağ" və "Neftçi" kimi favoritlərlə mübarizədə 2-ci yeri tuta bilərsiniz?

- Necə olacağını görəcəyik. Qalan matçların hamısını udmaq istəyirik.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR