Dərc edildi: Baxış sayı: 628
David Zalkaliani XİN başçılarının təxirə salınan Bakı görüşündən danışıb
“Fevralın 18-19-da mən tərəfdaş ölkəmiz Azərbaycana səfər etməli idim. Məni Bakıya dəvət etmişdilər. Lakin ölkədə baş verən proseslər və hökumətin istefasına görə Bakıya gedə bilmədim”.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri vəzifəsinə namizəd David Zalkaliani parlamentdə keçirilən dinləmələrdə deyib.
D.Zalkaliani Azərbaycan və Türkiyə xarici işlər nazirləri ilə təmasda olduğunu qeyd edib: “Hər iki həmkarımla əlaqə saxlamışam. Onlar mənə anlayışla yanaşdılar. Nazirlər yaxın gələcəkdə görüşməyə və bizim üçün aktual məsələləri müzakirə etməyə hazırdırlar”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət