Slimfit
  1. DÜNYA

Daun sindromlu ilk ispan modeli Nyu-Yorkda Moda Həftəsi nümayişlərində iştirak edəcək

Daun sindromlu ilk ispan modeli Nyu-Yorkda Moda Həftəsi nümayişlərində iştirak edəcək
Sakura

Daun sindromlu ilk ispan modeli Nyu-Yorkda Moda Həftəsi nümayişlərində iştirak edəcək

Sentyabrın 8-də Nyu-Yorkda Moda Həftəsi çərçivəsində keçiriləcək Moda Həftəsi nümayişlərində Daun sindromlu ilk ispan modeli Marian Avila da iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, 20 yaşlı model üçün bu hadisə onun əsas karyera uğurlarından biri olacaq. Marianın manekençi kimi seçilməsində Kenzi Daqmor ad-soyadlı Daun sindromlu digər gənc modelin inadkarlığı böyük rol oynayıb: Kenzi Daqmor keçən il amerikalı yeniyetmələr arasında gözəllik müsabiqəsində qalib gələrək “Miss Citrus State Jr” titulunu qazanıb və beləliklə, həm özünə, həm də başqalarına sübut edib ki, Daun sindromlu “dünyanın axırı” deyil.

Bu nümunədən ruhlanan Avila moda sənayesini fəth etmək qərarına gəlib. İndi o, özünün ilk beynəlxalq defilesində iştirak edəcək. Marian dizayner Talişa Uaytın kolleksiyasından iki nümunə nümayiş etdirəcək. Hər iki nümayiş Nyu-Yorkun ən parlaq səhnə meydançalarından olan “Park Central 870” otelində keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR