Slimfit
  1. AZƏRBAYCAN

Daşnaklar Azərbaycandan bəyanat verdi: Nikol bizi aldatdı

Daşnaklar Azərbaycandan bəyanat verdi: Nikol bizi aldatdı
Sakura

Daşnaklar Azərbaycandan bəyanat verdi: Nikol bizi aldatdı

Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra ilk dəfə yeni hökumətin ünvanına radikal tənqidi fikirlər səsləndirilib.

Axar.az xəbər verir ki, 20 ildən sonra ilk dəfə parlamentdə təmsil olunmayan Daşnaksütyun Partiyası Paşinyan hökumətinə qarşı tələblərlə çıxış edib. Belə ki, ötən gün Daşnaksütyun Partiyası Azərbaycanın işğal altında olan Xankəndi şəhərində keçirdiyi iclasında kifayət qədər müxalif fikirli bəyanatlar və Nikol Paşinyanın ünvanına avtokratik hökumət yaratması ilə bağlı ittihamlar səsləndirilib.

“Nikol Paşinyan səviyyəsində bizi partiyamıza hörmətlə yanaşacaqlarına, nəyə görə koalisiyanın bir parçası olduğumuzu çox gözəl anladıqlarına əmin etdilər. Biz 5 əsas məqamla bağlı razılığa gəldik. Ancaq qısa zaman sonra anladıq ki, nə hörmət, nə razılıqlara bağlılıq, nə də başqa bir nöqteyi-nəzərdən səsləndirilən fikirlərə dözümlülük var. Aydın oldu ki, əgər ümumi plan varsa – ölkəni öz milli kursundan çıxarmaq, o zaman Daşnaksütyuna bu planda yer yoxdur”, - partiya bürosunun təmsilçisi Qrant Marqaryan bildirib.

Bu cür radikal tənqidi fikirlər səsləndirdikdən sonra Marqaryan hakimiyyətin dəyişdirilməsi ilə bağlı tələblər irəli sürüb:

“Gələcək seçkilərdə biz bu hakimiyyəti evlərinə göndərəcəyik və ölkədə mütləq idarəetmə məsələsini üzərimizə götürəcəyik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR