Slimfit
  1. CƏMİYYƏT

Daşkəsəndə cüyür ovlayanlar saxlanıldı

Daşkəsəndə cüyür ovlayanlar saxlanıldı
Sakura

Daşkəsəndə cüyür ovlayanlar saxlanıldı

Daşkəsən rayonunda qanunsuz ov edən 6 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata əsasən, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla onların rayon sakinləri Qismət Məhərrəmov, Alı Allahverdiyev, Pənah Tağıyev, Firəddin Məhərrəmov, Vüqar Həsənov və Göygöl rayon sakini Sahil Quliyev olduqları müəyyən edilib:

"Onlardan patronları ilə birlikdə ümumilikdə 6 ədəd müxtəlif markalı və kalibirli ov tüfəngi, habelə ovladıqları 9 kiloqrama yaxın 1 baş cüyür heyvanının əti götürülüb. Davam etdirilən tədbirlərlə Vüqar Həsənova və Sahil Quliyevə məxsus ov silahlarının heç bir müvafiq sənədinin olmaması müəyyən edilib".

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR