Slimfit
  1. İQTİSADİYYAT

Daşkənddə keçirilən beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunur

Daşkənddə keçirilən beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunur
Sakura

Daşkənddə keçirilən beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunur

Dünya Turizm Təşkilatının dəstəyi ilə Daşkənddəki “Özekspomərkəz” sərgilər salonunda “Turizm Böyük İpək Yolunda” adlı 24-cü beynəlxalq turizm sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgidə dünyanın 15-dən artıq şirkəti iştirak edir.

Azərbaycanı bu sərgidə "Azərbaycan Hava Yolları" QSC-nin Özbəkistandakı nümayəndəliyi təmsil edir.

Açılışda AZAL-ın Özbəkistandakı nümayəndəliyinin təqdimatı təşkil olunub.

Təqdimatda bildirilib ki, AZAL-ın 80 yaşı tamam olur. Bakıdan ilk təyyarə reysi 1923-cü ildə Bakıdan Tbilisiyə və geriyə uçub. Bundan sonra digər ölkələrə də reyslər açılıb.

Qeyd olunub ki, bu il iyunun 30-dan həftədə iki dəfə Bakı-Daşkənd-Bakı reysləri həyata keçirilir. AZAL böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya şirkətlərinin liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir.

Təqdimatda Azərbaycanın Naftalan şəhərinin müalicə turizmi sahəsində geniş təcrübəsi haqqında da söhbət açılıb. Bildirilib ki, Özbəkistandan da bu şəfalı müalicə ocağına çoxlu turist gəlir və onlar AZAL-ın təyyarələrini seçirlər.

Mərasimdə Azərbaycan mülki aviasiyasının tarixi ilə bağlı sənədli film nümayiş etdirilib, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı viktorina keçirilib və qaliblərə hədiyyələr təqdim olunub, milli geyimli qızlar Azərbaycan rəqslərini ifa ediblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR