Slimfit
  1. SİYASƏT

Daşbaşı faciəsindən 27 il ötdü – Deputat şəhidləri yad etdi

Daşbaşı faciəsindən 27 il ötdü – Deputat şəhidləri yad etdi
Sakura

Daşbaşı faciəsindən 27 il ötdü – Deputat şəhidləri yad etdi

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatı Ceyhun Məmmədov 27 il öncə - 15 avqust 1993-cü il tarixində Cəbrayıl rayonunda yaşanmış “Daşbaşı” faciəsini yad edib.

Qeyd edək ki, həmin hadisədə Ermənistan silahlı qüvvələrinin Ordumuzun Daşbaşı postuna qəfil hücumu nəticəsində 23 əsgərimiz həlak olmuşdu.

Ens.az xəbər verir ki, Modern.az saytı deputat Ceyhun Məmmədovun anım yazısını təqdim edir:

“Daşbaşı mövqeyi irəlidə döyüşən əsgərlərimizə artilleriya dəstəyi vermək və hava hücumundan müdafiə məqsədi ilə yaradılmışdı. Bu mövqenin vəzifəsi ön cəbhədə döyüşən əsgərlərimizin hava telefonu ilə verdikləri koordinatlar əsasında açdıqları yaylım atəşlərlə düşmən mövqelərinə sarsıdıcı zərbələr endirmək və havada uçan düşmən obyektlərini vurub salmaq idi. Bu məqsədlə Daşbaşı mövqeyinin sol nahiyəsində ucalan iri və tənha armud ağacının adı ilə adlandırılan "Armudluq" postunda topçular, sağ nahiyəsində isə kənd məzarlığının qarşısında yerləşdiyinə görə onun adına uyğun adlandırılmış "Qəbirstanlıq" postunda isə zenitçilər mövqedə durmuşdular.

Ümumilikdə Daşbaşı mövqeyinin özünü müdafiə etmək üçün isə sol tərəfdəki dərənin o biri tayında yerləşən Mülkədərə yüksəkliyində beş nəfərdən ibarət əlavə bir artilleriya mühafizə postu yaradılmışdı. Hər iki postda 28 nəfər gənc döyüşçü dayanmışdı.

Daşbaşı postu Cəbrayıl üçün ən vacib postlardan biri idi. Həmin postun önəmli olduğunu mənfur ermənilər bilirdilər. Məhz elə buna görə avqust ayının 14-dən 15-nə keçən gecə saat 4-5 radələrində planlaşdırılmış formada güclü qüvvə ilə həmin posta hücum edib yüksəkliyi ələ keçirmişdilər. Qeyri-bərabər döyüşdə ermənilər 23 nəfər Cəbrayıl gəncini öldürmüş, onların meyitlərini tanınmaz hala salmışdılar.

Bu faciədə həlak olmuş gənc əsgərlərimizin bəziləri nişanlı idi. Onların nişan paltarları və qızıl-zinət əşyaları da kəfənə bükülüb bu nakam şəhidlərin məzarlarına qoyuldu.

Daşbaşı hadisəsi Vətən torpağı müdafiəçilərinin qəhrəmanlıq dastanı kimi xatırlanır. Bu hadisə zamanı həlak olmuş qəhrəman övladlarımızı rəhmətlə anırıq. Biz əminik ki, bir gün o torpaqlara qayıdacağıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR