Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Daşaltı şəhidi Sabir Mustafayev dəfn olunub

Daşaltı şəhidi Sabir Mustafayev dəfn olunub
Sakura

Daşaltı şəhidi Sabir Mustafayev dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri - Sabir İslam oğlu Mustafayev Suraxanı rayonunun Əmircan qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları, qazilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidin ruhuna dualar oxunub. Onun tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı qardaşı oğlu Elşad Mustafayevə təqdim edilib.

Qeyd edək ki, Sabir Mustafayev 1963-cü il martın 16-da Bakı şəhəri, Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. 1991-ci ildə Şıxov taborunun tərkibində Vətənin müdafiəsi üçün hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Sabir Mustafayev 1992-ci il yanvarın 26-da şəhid olub. O, Daşaltı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdü.

Qardaşı 1959-cu il təvəllüdlü Malik İslam oğlu Mustafayev isə 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı zamanı itkin düşüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR