DANX avtobus sürücülərinə müraciət etdi: Sürət həddini aşmayın!
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) avtobus sürücülərinə müraciət edib.
Trend-in məlumatına görə, müraciətdə deyilir: "Bayram günlərində magistral yollardakı sıxlığı nəzərə alaraq idarə etdiyiniz avtonəqliyyat vasitəsinin sürət həddini aşmayın".
Regionlardan paytaxta sərnişin axını bayramın ilk günlərində paytaxt Bakıdan regionlara axınla müqayisədə nisbətən az olsa da, gücləndirilmiş iş rejimi tam qaydada 56 avtovağzal və avtostansiyada davam edir.
Ümumilikdə regionlardan paytaxta iyunun 4-dən 5-nə qədər 14 908 nəfər sərnişin daşınıb.
Bayramın son günü regionlarımızdan paytaxta səfər edəcək sərnişinlərin daha çox olacağını nəzərə alaraq sərnişinlərin yarana biləcək suallarını cavablandırmaq üçün DANX-ın bir qrup aidiyyəti şöbə üzrə səlahiyyətli nümayəndələri axının çox olacağı region avtovağzallara ezam olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət