Slimfit
  1. İDMAN

Danışılmış oyunlara görə 7 şəxs futboldan uzaqlaşdırıldı

Danışılmış oyunlara görə 7 şəxs futboldan uzaqlaşdırıldı
Sakura

Danışılmış oyunlara görə 7 şəxs futboldan uzaqlaşdırıldı

AFFA İntizam Komitəsi danışılmış oyunlarda iştirak etmiş 6 futbolçunu cəzalandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

I Divizionda MOİK-də çıxış edən Kamil Hüseynov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Veysov Elşən ordu klubunun sabiq üzvü Qabil Sabirli, MOİK-in formasını geyinmiş, hazırda “Araz Naxçıvan”ın qapıçısı olan Fərman Bayramova danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulub.

Adları çəkilən futbolçular 6 aydan sonra futbol fəaliyyəti ilə məşğul ola bilərlər.

Bundan əlavə, Samir Hüseynov adlı şəxsin oyunların təşkil edilməsinə görə futbolla bağlı hər hansı fəaliyyətdən ömürlük məhrum edilərək AFFA və PFL bayrağı altında keçirilən matçlarda stadiona daxil olmağı qadağan edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR