Dərc edildi: Baxış sayı: 984
Danirmarka alimlərindən xərçəngin müalicəsində yeni təklif – Şiş hüceyrələri yatızdırılsın
Medicina.az RİA Novosti-ə istinadən xəbər verir ki, danimarkalılar şiş hüceyrələrinin yaranmasında birbaşa rol oynayan KAT 6A və 6 B zülalının birdəfəlik yatızdırılmasını təklif edib.
Apardıqları təcrübədə siçanlara tətbiq olunan bu metod onların ömrünü 4 dəfə artırıb. Bu maddə şiş hüceyrələrinə basqı edir, onları "yatızdırır”, bununla belə sağlam hüceyrələrə təsir etmir.
Hazırda xərçəngin müalicəsində tətbiq olunan şüa terapiyası və kimya sağlam hüceyrələrə də zərər vurur, insanın immuniteti zəifləyir.
Yeni kimyəvi birləşmə isə şiş hüceyrələrinin qocalmasını sürətləndirəcək, onlarln bölünməsinin qarşısını alacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət