Danimarkada bir mağazadan panikaya əla reaksiya!
Danimarkada bir mağaza bəzi şeylərin kütləvi alışını dayandırmaq üçün dahiyanə üsul fikirləşib
Panikaya əla reaksiya!
Koronavirus pandemiyası fonunda, dünyada bir çox insan panika keçirir və tualet kağızı, əl antiseptikləri, maskalar, su, hətta silah almağa başlayır ... Ancaq Danimarkada bir supermarket vəziyyətdən çıxmaq üçün əla bir yol düşünüb.
Bu şəkil Gentofte (Kopenhagen şəhərinin ətrafı) Meny supermarketində çəkilib.
Məsələn bu supermarketdə antiseptik üçün qiymətlər aşağıdakı qaydada təyin olunub:
1 şüşə - 40 kron (€ 5.50);
2 şüşə - hər şüşə üçün 1000 kron (134 €) (ilk şüşə istisna olmaqla).
Təbii ki, bununla bütün antiseptikləri toplu şəkildə almaq istəyənlərin sayı dərhal azalıb.
Mağaza qərarını bu şəkildə izah edib:
“Əziz müştərilər!
İşin davamı üçün böyük bir məsuliyyət daşıyırıq və bunu yalnız hər kəsin köməyi və anlayışı ilə edə bilərik. Bizə necə kömək edə biləcəyinizi burada təqdim edirik:
Zəhmət olmasa digər müştərilərimiz və işçilərimizlə ara məsafəsi saxlayın;
Girişdə antiseptik ilə əllərinizi silin (və ya yuyun), əlcəklərdən istifadə edin;
Ailəvi gəlmisinizsə, alış-verişinizi bir nəfərlə məhdudlaşdırın.
Bəlkə də bəzən zalda eyni vaxtda müştərilərin sayını məhdudlaşdırmalı olacağıq. Facebook səhifəmiz vasitəsilə işimizlə bağlı hər hansı bir dəyişiklik barədə sizə məlumat verəcəyik. Sağlam qalın və anlayışənız üçün təşəkkür edirik".
Mənbə: lifter.com.ua
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət