Slimfit
  1. AZƏRBAYCAN

Danimarka səfiri: Naxçıvanda qədim dövrlərdən yaradılan maddi-mədəni irs heyrətamizdir

Danimarka səfiri: Naxçıvanda qədim dövrlərdən yaradılan maddi-mədəni irs heyrətamizdir
Sakura

Danimarka səfiri: Naxçıvanda qədim dövrlərdən yaradılan maddi-mədəni irs heyrətamizdir

Naxçıvandakı Haçadağ, duz mədənləri və xalçaçılıq sənətinin inkişafı barədə ümumi məlumatım var idi. Naxçıvana gəldikdən sonra və tarixi abidələrlə tanış olduqca bu diyarın qədimliyi barədə məndə daha geniş təsəvvür yarandı. Sevindirici haldır ki, Naxçıvan Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu bir məkanda yerləşir.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvanda keçiriləcək “Avropa günləri”ndə iştirak etmək üçün qədim diyara gələn Danimarkanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Svend Ollinq deyib.

Səfir bildirib ki, Naxçıvan Muxtar Respublikasına ilk dəfədir səfər edir: “Qeyd edim ki, Naxçıvan şəhəri çox təmiz şəhərdir. Bu, Beynəlxalq Hava Limanından başlayaraq diqqətimi cəlb etdi”.

Naxçıvan şəhərində ilk ziyarət etdikləri ünvanın Xalça Muzeyi olduğunu qeyd edən Svend Ollinq buradakı çoxsaylı qədim xalçaçılıq sənətinin bənzərsiz nümunələrinin onda xüsusi maraq oyatdığını deyib.

“Naxçıvanda qədim dövrlərdən yaradılan maddi-mədəni irs heyrətamizdir”, – deyə diplomat vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR