Slimfit
  1. İDMAN

“Dandolk”un futbolçusu: “Qarabağ” qrup mərhələlərinin daimi iştirakçısıdır”

“Dandolk”un futbolçusu: “Qarabağ” qrup mərhələlərinin daimi iştirakçısıdır”
Sakura

“Dandolk”un futbolçusu: “Qarabağ” qrup mərhələlərinin daimi iştirakçısıdır”

“Qarabağ” yaxşı komandadır. Avrokuboklarda qrup mərhələlərinin daimi iştirakçısı olmaları özü özlüyündə hər şeyi deyir”.

Report”un məlumatına görə, bunları “The İrish Sun”a İrlandiyanın “Dandolk” komandasının futbolçusu Şon Qennon Çempionlar Liqasının II təsnifat mərhələsində evdə “Qarabağ”a qarşı keçirəcəkləri oyun haqda söyləyib.

28 yaşlı müdafiəçinin sözlərinə görə, “Dandolk”da yaxşı heyətə malik kollektivdir. O, bildirib ki, əvvələr də böyük komandaları məğlub edə biliblər: “Heç nədən çəkinmirik, oyunu udacağıq. Bu, klubun mentalitetidir. Avropada inkişaf etmək istəyirik. Matça çox yaxşı hazırlaşacağıq və rəqibi daha da yaxından tanıyacağıq. Oyun planını fikirləşmək üçün kifayət qədər vaxtımız var. Məşqlərdə ikitərəfli oyunlarımıza baxsanız, hər iki “11-liy”in güclü olduğunu görərsiniz”.

Qennon deyib ki, heyətə yaxşı oyunçuların cəlb olunması komandadakı digər futbolçuların inkişafına və rəqabətin yaranmasına töhfə verib: “Hər mövqe üçün 2-3 futbolçumuz var. Avropada inkişaf etsək ölkə çempionatında da güclü olacağıq”.

Qeyd edək ki, ilk oyun iyulun 24-də Dandolkdakı “Oriel Park” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Cavab qarşılaşması isə iyulun 31-də Bakıda “Dalğa Arena”da olacaq. Matç saat 21:00-da start götürəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR