Slimfit
  1. CƏMİYYƏT

Dali bu rəsmində Bakını nişan verir – 9 fakt

Dali bu rəsmində Bakını nişan verir – 9 fakt
Sakura

Dali bu rəsmində Bakını nişan verir – 9 fakt

1 iyul Ümumdünya bakılılar günüdür. Bu bayram rəsmi sayılmasa da, bir neçə il əvvəl dünyanın müxtəlif ölkələrində Azərbaycan diasporu tərəfindən qeyd olunmağa başlayıb. Bütün bakılılar da sosial şəbəkələrdə və forumlarda bir-birini təbrik edir.

Axar.az Bakı ilə bağlı 10 ən maraqlı faktı təqdim edir:

1. Keçmiş SSRİ-də yeganə kondisioner zavodu Bakıda fəaliyyət göstərirdi.

2. Dünyada ilk müasir neft quyusu Bibiheybətdə, Bakıda qazılıb.

3. Məşhur Azərbaycan müğənnisi Rəşid Behbudovun repertuarında 30-a yaxın mahnı Bakıya həsr olunub.

4. Sovet İttifaqında ilk elektrik qatarı Bakıda fəaliyyətə başlayıb.

5. 20-ci əsrin əvvəllərində dünyada hasil olunan neftin 50 faizi Bakının payına düşürdü. İkinci Dünya müharibəsi zamanı Bakı sovet ordusunun yanacağa olan tələbatının 85 faizini ödəyirdi.

6. Şərqdə ilk musiqili opera olan “Leyli və Məcnun” Bakıda tamaşaya qoyulub.

7. 1850-ci ildə Bakının əhalisi 7400 nəfər təşkil edirdi. Bu gün isə rəsmi statistikaya əsasən bu rəqəm 2.5 milyona yaxındır (Qeyri-rəsmi isə 4 milyondur).

8. Bakının və Yer kürəsinin illik orta temperaturu (14.2) üst-üstə düşür.

9. Salvador Dalinin “Geosiyasi uşaq” tablosunda qadın barmağı ilə Bakını göstərir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR