Daimi nümayəndə: “ATƏT sədrinin şəxsi nümayəndəsinin monitorinq aparması çox xeyirli və vacibdir”
“Deməzdim ki, bu il də münaqişənin həllində nəsə irəliləyiş olub. Lakin bu il danışıqların dinamikası və güc tətbiqindən istifadə edilməməsi nikbinlik verir”.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın ATƏT-də daimi nümayəndəsi Aleksandr Lukaşeviç “Rossiya Seqodnya” informasiya agentliyində keçirilən Moskva-Vyana videokörpüsündə deyib.
“ATƏT sədrinin şəxsi nümayəndəsinin qeyd etdiyi kimi, qoşunların təmas xəttində hər şey o qədər də möhkəm deyil. ATƏT sədrinin şəxsi nümayəndəsinin monitorinq aparması mexanizmi çox xeyirli və vacibdir. Rusiya və digər iştirakçı ölkələr müşahidə missiyasının maliyyə və insan resursları ilə öz imkanlarını möhkəmləndirməsinin tərəfdarıdır. Belə təklifləri nəzərdən keçiririk”, - deyə A. Lukaşeviç vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət