Daha Xoşbəxt və Sağlam Münasibət Üçün 4 İpucu
İndiki zamanda münasibət qurmaq çox çətin bir hal alıb. Böyüdüyümüz mühit, sahib olduğumuz dəyərlər və həyata baxış bucağımız hər bir insana fərqlilik qatdığı üçün qarışıq vəziyyət yaranır.
Ona görə də sağlam münasibət qurmaq çox önəmlidir. Texnologiyanın həyatımıza daxil olmasıyla bərabər insanlarda məsuliyyətsizlik də artıb.
Buna görə də yaxşı ünsiyyət qurmağı bacaran insanların olduğu mühitdə də dəyəri hiss olunur. Maraqlı və sağlam bir münasibət üçün bəzi ipucları var. Gəlin bunlara birlikdə nəzər salaq:
1) İLK ÖNCƏ ÖZÜNÜZLƏ XOŞBƏXT OLMAĞI ÖYRƏNİN
Əgər siz özünüzü xoşbəxt və hər halınızla qəbul etmirsinizsə, bunu başqalarından gözləməyin.
Dəyər və hörmət ilk öncə insanın özündə başlayar çevrəsi ilə davam edər. Münasibətlərinizi daha maraqlı etmək üçün ilk öncə özünüzü qane etməyi bacarın.
2) DİNLƏYƏRƏK VƏ ANLAYARAQ ƏLAQƏ QURMAĞI ÖYRƏNİN
Dövrümüzün ən böyük problemi, qarşımızdakı insanı lazımı qədər dinləməməyimizdir. Davamlı olaraq fikir bildiririk və qarşımızdakı insana da fikrini ifadə etmək üçün fürsət yaradırıq. Əslində isə kimin nə dediyinə elə də önəm vermirik.
Bu da bizi sağlam münasibətlərdən uzaqlaşdırır. Münasibət qurarkən, qarşınızdakı insanı dinləyin. Bu sizə ya fikir olaraq ya da ya da etmək istəmədikləriniz barəsində qərar verməyinizə kömək olar. Qaşınızdakını qınamadan və sözünü kəsmədən dinləyin.
3) İLK ADDIMI ATMAQDAN QORXMAYIN
Münasibətlərinizin sağlam və möhkəm olması üçün ilk addımı atmaqdan çəkinməyin.
Mütəxəssislər, davam etdirəcəyinizi düşündüyünüz münasibətlərdə 48 saat ərzində aktiv ünsiyyət qurmağınızı məsləhət görür.
4) KÖMƏK İSTƏMƏKDƏN VƏ ETMƏKDƏN ÇƏKİNMƏYİN
Həyatınızın istənilən məqamında kömək etməkdən və istəməkdən çəkinməyin. Super qəhrəman olsanız belə yenə də köməyə ehtiyacınız olacaq. Ona görə də əgər kiməsə kömək edə bilərsinizsə, bunu etməkdən çəkinməyin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət