Slimfit
  1. HƏRB

"Daha iki rayonun mina xəritələrinin verilməsi Azərbaycanın uğurudur" – RƏY

"Daha iki rayonun mina xəritələrinin verilməsi Azərbaycanın uğurudur" – RƏY
Sakura

"Daha iki rayonun mina xəritələrinin verilməsi Azərbaycanın uğurudur" – RƏY

"Ağdamdan sonra Füzuli və Zəngilan ərazisində mina xəritələrinin Azərbaycana verilməsi Prezident İlham Əliyevin uzaqgörən siyasəti, diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğurudur”.

Ens.az xəbər verirki,bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, ermənilər müxtəlif bəhanələr gətirərək, həmin xəritələri bir müddətdir Azərbaycana verməkdən imtina edir, daha çox azərbaycanlının minalar nəticəsində həyatını itirmələrinə nail olmağa çalışırdılar: “Ancaq onların bu arzusu Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, diplomatik səylər nəticəsində iflasa uğradı. Azərbaycan zamanla qarşısına qoyduğu bütün məqsədlərə nail olacaq. Baş verən son hadisələr bu fikri bir daha təsdiq edir”.

Deputat qeyd edib ki, xəritələrin əldə edilməsi işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin sürətlə aparılmasına şərait yaradacaq: “Artıq bölgədə ciddi quruculuq işlərinə başlanılıb. Qısa müddətdə bu ərazilərdə həyat öz axarına qayıdacaq. Eyni zamanda, minaların xəritələrinin Azərbaycana verilməsi onların aşkarlanması üçün sərf olunan xərclərin azaldılmasına gətirib çıxaracaq. Burada ən vacib məsələlərdən biri də xəritələrin əldə edilməsinin insan itkisinin qarşısının alınmasında əhəmiyyətli rol oynamasıdır. Son bir neçə ayda 100-dən çox Azərbaycan vətəndaşı bu minaların qurbanına çevrilib. Çoxlu sayda insan dünyasını dəyişib”.

O bildirib ki, Ermənistan bir müddət bundan əvvəl 15 əsir qarşılığında Ağdamın xəritəsini Azərbaycana verib: “Füzuli və Zəngilanda 92 min mina xəritələrinin əldə olunması həmin uğurun davamı hesab olunmalıdır. Hazırda Ağdamdan sonra ən böyük infrastruktur layihələri Füzuli rayonunda həyata keçirilir. Burada yeni hava limanı, dəmir yol xətləri və avtomobil yolları inşa olunur. Bu baxımdan Füzuli xüsusi strateji əhəmiyyət kəsb edir. Xəritələrin əldə olunması layihələrin daha tez zamanda icra olunmasına öz ciddi töhfəsini verəcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR