Slimfit
  1. İDMAN

Daha iki paracüdoçumuz yarımfinala yüksəlib

Daha iki paracüdoçumuz yarımfinala yüksəlib
Sakura

Daha iki paracüdoçumuz yarımfinala yüksəlib

 

Azərbaycan idmançıları Afaq Sultanova və Sevda Vəliyeva Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarının yarımfinal mərhələsinə yüksəliblər.

AZƏRTAC xəbər verir ki, turnirdə 57 kiloqram çəki dərəcəsində mübrizə aparan A.Sultanova ilk mərhələdən azad olub. O, dörddəbir final mərhələsində rusiyalı cüdoçu Nataliya Ovçinnikovanı məğlub edərək yarımfinala vəsiqə qazanıb. Səkkizdəbir final mərhələsində ABŞ idmançısı Marissa Arndtı məğlub edən S.Vəliyeva isə növbəti görüşdə Özbəkistan cüdoçusu Parvina Samandarovaya qalib gələrək yarımfinala adlayıb.

Finala gedən yolda cüdoçularımızın rəqibi Braziliya idmançıları olacaq. Belə ki, A.Sultanova Lusia Araujo, S.Vəliyeva isə Maria Nubea Dos Santos Linslə mübarizə aparacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR