Dərc edildi: Baxış sayı: 543
Daha iki idmançımızda dopinq tapıldı
Azərbaycanın daha iki idmançısı dopinqə düşüb.
Oxu.Az xəbər verir ki, bunlar bodibildinqçi Mürsəl Kərimov və cüdoçu Məhəmməd Rizvanovdur.
Hər iki idmançı dörd illik cəzalandırılıb. Onların cəzası bu ilin yanvarından hesablanır.
Qeyd edək ki, Mürsəl Kərimov 90 kq çəki dərəcəsində ötən ilin noyabrında bodibildinq üzrə Azərbaycan çempionatında bürünc medal qazanmışdı. O, Milli Anti-Dopinq Agentliyi tərəfindən cəza ilə üzləşən dördüncü bodibildinqçi, legioner Məhəmməd Rizvanov isə ikinci cüdoçudur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət