Slimfit
  1. CƏMİYYƏT

Daha bir televiziyanın yayımı 1 saatlıq dayandırılacaq

Daha bir televiziyanın yayımı 1 saatlıq dayandırılacaq
Sakura

Daha bir televiziyanın yayımı 1 saatlıq dayandırılacaq

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

Ens.az Report.az-a istinadən xəbər verir ki, iclasda 5 may 2020-ci il tarixində ümumrespublika televiziya kanallarının efirinin monitorinqinin nəticələrinə baxılıb.

5 may 2020-ci il tarixdə “Space” televiziya kanalının efirində yayımlanan “Böyük boss” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulub.

Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” televiziya kanalının efirində 15 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 23:00-dan saat 00:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Həmçinin, “Azərbaycan Televiziyası” (AZTV) kanalının İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən cərimə olunması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuş və müvafiq rayon məhkəməsinə göndərilib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR