Slimfit
  1. AZƏRBAYCAN

Daha bir rayonda park-bulvar kompleksi tikilir

Daha bir rayonda park-bulvar kompleksi tikilir
Sakura

Daha bir rayonda park-bulvar kompleksi tikilir

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Viləş çayının Masallı şəhəri ərazindən keçən hissəsində inşasına başlanılan park-bulvar kompleksinin tikintisi sürətlə davam etdirilir.

FED.az xəbər verir ki, cənub bölgəsində Astaradan sonra Masallı şəhərində inşa edilən park-bulvar kompleksi ilkin mərhələdə 7 hektar ərazini əhatə edəcək və 1,5 kilometr uzunluğunda olacaq. Sonrakı mərhələdə isə ərazi 5 kilometrə çatdırılacaq.

Yeni istirahət mərkəzində bir sıra obyektlər, o cümlədən uşaq əyləncə mərkəzi, istirahət guşələri, mini-futbol və voleybol meydançaları tikilərək sakinlərin ixtiyarına veriləcək. Parkın bir hissəsində qədim Masallının tarixini əks etdirən guşə də olacaq.

Viləş çayının bir sahilindən digər sahilinə piyadaların keçidini təmin etmək üçün ərazidə 3 körpü inşa ediləcək. Suyun artırılıb-azaldılması üçün də qurğular yerləşdiriləcək. Əhali parkın ərazisində qayıqla gəzintiyə də çıxa biləcək. Artıq layihədə nəzərdə tutulan tikinti işlərinin bir qismi başa çatdırılıb.

Viləş çayı yatağının sel və daşqın sularından mühafizəsini təmin etmək və respublika əhəmiyyətli Masallı-Yardımlı avtomobil yolunun üzərində yerləşən yeganə əsas körpünün beton bünövrəsinin zədələnməsinin qarşısının alınması məqsədilə çayın 591 poqonmetr hissəsi beton məcraya salınıb və bənd boyu hər iki tərəfdə drenaj şəbəkəsi çəkilib.

Masallı şəhərinin Baş Planında Viləş çayının şəhər ərazisindən keçən hissəsi rekreasiya zonası kimi nəzərdə tutulduğundan həmin ərazilərin təmizlənməsi və yaşıllıqların salınmasına başlanılıb. Artıq 20 hektara yaxın ərazidə meşə zolağı salınıb.

Layihə sənədlərinə uyğun olaraq park-bulvar kompleksində nəzərdə tutulan obyektlərin tikintialtı sahəsi 759, gəzinti yerlərinin sahəsi 26340, yaşıllıq sahə isə 25840 kvadratmetr təşkil edir.

Park-bulvar kompleksinin salınması ilə əlaqədar ilkin olaraq yatağın beton məcraya salınmış 591 poqonmetrlik sağ və sol hissələrdə torpaq materialının əraziyə daşınması və relyefin ümumi hamarlanması işləri görülüb. İki yerdə yağış sularını kənarlaşdırmaq məqsədilə drenaj şəbəkəsi qurulub, ərazidən keçən yüksəkgərginlikli elektrik hava xətlərinin və rabitə xəttinin yerləri dəyişdirilib.

Viləş çayı üzərindəki əsas körpünün ümumi görünüşünün kompleksin layihəsinə uyğunlaşdırılması ilə bağlı təmir işləri yekunlaşıb. Uzunluğu 591 poqonmetr olan beton bəndin üzərində hər iki tərəfdə aqlay materialı və kərpic elementlərindən istifadə olunmaqla sütunların və sütunlararası hissələrə metal mühəccərlərin quraşdırılması işləri görülüb.

Çay yatağının istinad divarlarının layihəyə uyğun xüsusi elementlərlə yeni formada qurulması və sahilboyu eni 7,2 metr olan gəzinti yerinin piltələrlə döşənməsi işlərinə başlanılıb. Artıq 5500 kvadratmetr sahəyə piltə döşənib.

Prezident İlham Əliyev bu il sentyabrın 18-də Masallı rayonuna səfəri zamanı Viləş çayı yatağının şəhər ərazisindən keçən hissəsində inşa edilən park-bulvar kompleksi ilə tanış olub, tikinti-quraşdırma işlərinin tam başa çatdırılması məqsədilə müvafiq tapşırıqlarını verib.

Hazırda tikintisi davam etdirilən park-bulvar kompleksinin 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR