Dərc edildi: Baxış sayı: 843
Daha bir qaziyə vəzifə verildi
Daha bir Vətən müharibəsi qazisinə vəzifə verilib.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,Biləsuvar Rayon İcra Hakimiyyəti aparatında “Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb.
İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun sərəncamı ilə qazi Zamiq Adil oğlu Mənsimli bu şöbənin müdiri təyin edilib.
Qeyd edək ki, ehtiyatda olan baş leytenant Zamiq Mənsimli döyüşlərdə yaralanmış Vətən Müharibəsinin iştirakçılarındandır. O, Prezidentin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Surxay Şahbazov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət