Slimfit
  1. DÜNYA

Daha bir ölkədə hicab qadağan edildi, ərəb əlifbası yığışdırıldı

Daha bir ölkədə hicab qadağan edildi, ərəb əlifbası yığışdırıldı
Sakura

Suriyanın şimalını işğal altında saxlayan PKK/YPG terror təşkilatı şok dəyişikliklər edib

Suriyanın şimalını işğal altında saxlayan PKK/YPG terror təşkilatı şok dəyişikliklər edib.

Publika.az xəbər verir ki, terrorçular məktəblərdə uniforma geyinilməsini məcburi edib, qadın müəllim və şagirdlərə hicabı qadağan edib.

Bundan başqa, ərəb əlifbası latın əlifbasına dəyişdirilib. Rəsmi dil isə kürd dili qəbul edilib.

Təşkilatın yeni tətbiqləri sərt reaksiyalara səbəb olub. Bəzi yerlərdə valideynlər məktəblərə hücum edib.

PKK-nın hazırki siyasi irəliləyişləri isə ABŞ-ın YPG-ni PKK-dan ayrı bir təşkilat olaraq göstərmək cəhdləri istiqamətindədir. Təşkilat amerikalıların təlimatına əsasən, Münbiçdən sonra Təl-Əbyad da lider Abdullah Öcalanın posterləri və simvollarını məhv edir. Zülm görən xalqın ayağa qalxmasına səhnə olan bu bölgədə bəzi dini tayfalar Münbiçdə PKK-nın nəzarət məntəqələrinə hücum edərək 5 terrorçunu öldürüb.

Rakkada da gərginlik pik həddədir. PKK bölgə xalqını təzyiqi altına almaq üçün fövqəladə vəziyyət elan edib. Şəhərə giriş-çıxışa qadağa qoyulub və komendant saatı elan edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR