Dərc edildi: Baxış sayı: 1971
Daha bir ölkə Saakaşvilidən yardım istəyir
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilidən ölkənin ədliyyə sistemində reformlarına aparılması üçün kömək almaq istərdim.
Axar.az xəbər verir ki, bunu Moldova Baş naziri Maya Sandu deyib.
“Biz Saakaşvilinin hakimiyyət dövründə olan mütəxəssislərlə danışıqlar aparırıq. Həmçinin ədliyyə sisteminin reformasiyası ilə bağlı layihələr hazırlayırıq. Cənab Saakaşvili hazırda Ukraynadakı seçkiqabağı kampaniyada iştirak edir və o, çox məşğuldur, amma avqustun sonunda bizim bu mövzuyla bağlı onunla söhbətimiz olacaq. Hazırda büdcədə ölkəyə ekspertlər komandasının dəvəti üçün pul çatışmır”, - deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət