Dərc edildi: Baxış sayı: 614
Daha bir ölkə OPEC+ kvotasına əlavə olaraq neft hasilatını azaldacaq
BƏƏ iyun ayında OPEC+ çərçivəsində öhdəliklərinə əlavə olaraq neft hasilatını sutkada daha 100 min barrel azaldacaq.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu ölkənin neft naziri Suheyl əl-Məzrui bildirib.
Onun sözlərinə görə, bu addımla BƏƏ Səudiyyə Ərəbistanının bazarı sabitləşdirmək üzrə səylərini dəstəkləyəcək.
Xatırladaq ki, daha əvvəl Küveyt də iyun ayında OPEC+ çərçivəsində öhdəliklərinə əlavə olaraq neft hasilatını sutkada daha 100 min barrel azaldacağını bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət