Dərc edildi: Baxış sayı: 718
Daha bir ölkə erməni "oyunu"nu etibarsız saydı
İsveçrə Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"i etibarsız hesab edir.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Tvitter hesabında bildirib.
"İsveçrə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə tam dəstəyini bir daha ifadə edib. Azərbaycanın işğal olunmuş torpaqlarında keçirilən qeyri-qanuni "seçkilər"ə münasibət bildirən İsveçrənin Xarici İşlər Nazirliyi öz notasında bu "seçkilər"i etibarsız hesab etdiyini bəyan edib", - XİN rəsmisi qeyd edib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət