Dərc edildi: Baxış sayı: 1102
Daha bir ölkə döyüş gəmilərini İran sərhədinə göndərir
Cənubi Koreya Hörmüz boğazına döyüş gəmilərini göndərəcək.
Publika.az xəbər verir ki, bu barədə CNA məlumat yayıb.
Məlumatda bildirilib ki, Cənubi Koreya ABŞ-ın çağırışına cavab olaraq avqust ayında döyüş gəmilərini bölgəyə yollayacaq.
Qeyd edək ki, ABŞ Avstraliya, Fransa, Almaniya, Yaponiya, Norveç, İngiltərə və Cənubi Koreyaya Hörmüz boğazının təhlükəsizliyini təmin edəcək beynəlxalq koalisiya qurmaq üçün döyüş gəmilərini göndərmək çağırışı etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət