Dərc edildi: Baxış sayı: 1524
Daha bir ölkə Azərbaycanla sərhədləri açdı – RƏSMİ
Monteneqro hökuməti yanında Milli Koordinasiya Şurası Azərbaycanı epidemioloji təhlükəsiz ölkələr baxımından “yaşıl siyahıya” daxil etmək qərarına gəlib.
Ens.az Qazet.Az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
İndi Azərbaycan vətəndaşlarına COVID-19 ilə əlaqədar əlavə şərtlər olmadan Monteneqroya giriş icazəsi verilir.
İyunun 1-dən etibarən Monteneqro hökuməti xüsusi giriş meyarları tətbiq edir. Bu qaydalara görə, 100 min əhaliyə 25-dən çox COVID-19 halının qeydə alındığı ölkələrin vətəndaşları üçün sərhədlər bağlıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox