Slimfit
  1. AZƏRBAYCAN

Daha bir neçə yol təmirə bağlanacaq

Daha bir neçə yol təmirə bağlanacaq
Sakura

Daha bir neçə yol təmirə bağlanacaq

Yaranmış problemlərin aradan qaldırılması üçün avtomobil yolu III texniki dərəcəyə uyğun yenidən qurulur

26 min nəfər əhalinin yaşadığı, 7 yaşayış məntəqəsini birləşdirən və respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 137-ci km-dən ayrılan III texniki dərəcəli Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun avtomobil yolunun 15 km-lik hissəsi yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sözügedən avtomobil yolu iki hissə üzrə yenidən qurulur: "1-ci hissə youn 0-10 km-liyini, 2-ci hissə isə 10-15 km-liyini əhatə edir. Avtomobil yolu iki hissə üzrə yenidən qurulur. 1-ci hissə youn 0-10 km-liyini, 2-ci hissə isə 10-15 km-liyini əhatə edir".

"Respublika əhəmiyyətli Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun avtomobil yolunun 0-10 km-lik hissəsi uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən asfalt-beton örtüyündə aşınmalar, tor şəkilli çatlar və çökmələr əmələ gəlmişdi. Çiyinlərdəki materiallar atmosfer yağıntıları nəticəsində yuyulmağa məruz qaldığından çiyinlər aşağı səviyyəyə düşmüşdü" - qurumdan bildirilib.

"Bundan başqa, yolun bəzi hissələrində torpaq yatağı təbii relyef ilə eyni səviyyədə olduğundan dağılmalar və çökmələr əmələ gəlmişdi. Bu səbəbdən də yolun torpaq yatağının qaldırılmasına zərurət yaranmışdı" - deyə AAYDA-dan əlavə olunub.

Məlumata görə, yaranmış problemlərin aradan qaldırılması üçün avtomobil yolu III texniki dərəcəyə uyğun yenidən qurulur. Analoji işlər respublika əhəmiyyətli Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun avtomobil yolunun Beyləqan şəhəri daxilindən keçən 5 km-lik hissəsində də aparılır.

 



 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR