Slimfit
  1. CƏMİYYƏT

Daha bir neçə kolbasa və sosiska məhsulunda nöqsanlar aşkarlanıb - SİYAHI

Daha bir neçə kolbasa və sosiska məhsulunda nöqsanlar aşkarlanıb - SİYAHI
Sakura

Daha bir neçə kolbasa və sosiska məhsulunda nöqsanlar aşkarlanıb - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosiska məhsulları ilə bağlı aşkarlanmış yeni uyğunsuzluqlarla bağlı məlumat yayıb.

"Report"un xəbərinə görə, məlumatda bildirilib ki, AQTA tərəfindən “Monitorinq Planı”nın icrası məqsədilə kolbasa və sosiska məhsulları üzrə aparılan nəzarət tədbirləri davam etdirilir. Belə ki, cari dövr ərzində ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən 70-i kolbasa, 39-u sosiska olmaqla, ümumilikdə 109 adda məhsuldan nümunə götürülərək müayinə üçün Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Monitorinq zamanı sınaq nəticələrinə əsasən, 11 istehsalçıya məxsus 21 məhsulda (13-ü kolbasa, 8-i sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 5 məhsulda (4-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 16-da isə (9-u kolbasa, 7-si sosiska) etiket məlumatları ilə bağlıdır.

Bəzi məhsulların laborator sınaqları aparılmaqla yanaşı, bu sahədə monitorinqlər davam etdirilməkdədir.

AQTA bildirir ki, nəzarət tədbirləri zamanı həmçinin, “Halal” adı ilə satışa çıxarılan kolbasa və sosiska məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti aşkarlanmayıb.

Agentlik tərəfindən məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı uyğunsuzluq aşkarlanan 6 istehsalçı müəssisədə qanunvericiliyə uyğun yoxlamalar həyata keçirilib. Yoxlama nəticəsində uyğunsuzluq aşkar edilmiş məhsulların dövriyyədən çıxarılması və satış şəbəkələrindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, 1 müəssisənin ("Sevilən Ad" MMC) istehsal fəaliyyəti dayandırılıb, 4 məhsulun istehsalı qadağan edilib, sözügedən müəssisələrin vəzifəli şəxsləri barəsində inzibati məsuliyyət tədbirləri görülüb. AQTA tərəfindən digər müəssisələrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yoxlamalar davam etdirilir. Nəzarət tədbirləri çərçivəsində sınaq nəticələri uyğun olan məhsullarla bağlı geniş məlumat veriləcəkdir.

AQTA istehlakçılara bir daha müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər və bazarlarda aşkarlandığı halda, dərhal Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat versinlər.

Məlumat üçün bildiririk ki, sınaq nəticələri cədvəldə qeyd edilən məhsul partiyalarına şamil edilir.

Sınaq nəticələrində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyaları və istehsalçıları ilə bağlı məlumatla aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Monitorinq zamanı yeni uyğunsuzluqlar aşkarlanmış kolbasa və sosiska məhsullarına dair
məlumat

Məhsulun istehsalçısı

Məhsulun
əmtəə nişanı

Məhsulun növü

İstehsal tarixi

Aşkarlanan uyğunsuzluq

1

"Sevilən Ad" MMC

"Dilim-Dilim"

Bişmiş "Doktorskaya" kolbasası

23.02.2023

Təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanıb

2

"Dilim-Dilim"

Bişmiş "Lyubitelskaya" kolbasası

23.02.2023

Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb

3

"Əsl Dad"

Bişmiş hisə verilmiş kolbasa

20.02.2023

Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb

4

"Əsl Dad"

Hisə verilmiş sosiska

27.02.2023

Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb

5

"Mir 2016" MMC

"Köhnə Dad"

Bişmiş "Doktorskaya" kolbasası

19.01.2022

Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb

6

"Hakan Foods" MMC

"Yeni Dad"

"Qız qalası" sosiskası

20.02.2023

Üzərində mal əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb

7

"Kral"

Bişmiş "Xlebnaya" halal kolbasası

10.03.2023

Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb

8

Fiziki şəxs
Məmmədov Rövşən

"Dadlıca"

Bişmiş "Lyubitelskaya" kolbasası

12.02.2023

Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb

9

Fiziki şəxs
Tahirov Vüqar

"Best Beef"

Bişmiş hisə verilmiş "Servalat" kolbasası

21.02.2023

Üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanıb

10

Əla növ "Ocaq" sosiskası

09.02.2023

Üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanıb

11

"Al-Sana" MMC

"Al Sana Payım"

"Keşlə" sosiskası

01.03.2023

Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb

12

İlya Kudelin Vasilyeviç

"İli"

sosiska

10.02.2023

Üzərində donuz və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR