Dərc edildi: Baxış sayı: 183
Daha bir məşhur alman şirkəti Rusiyadan gedir
Dünyanın ən böyük tikinti materialları istehsalçısı olan Almaniyanın “Knauf” şirkəti Rusiyadakı biznesini yerli idarəetməyə təhvil verməyə hazırlaşır.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
“Mövcud hadisələr fonunda “Knauf Group” 30 ildən çox fəaliyyət göstərdikdən sonra Rusiyadakı biznesindən imtina etmək qərarına gəlib. Şirkət gələcəkdə 4000-dən çox işçi üçün iş yerlərini qorumaq məqsədilə Rusiyadakı bütün işlərini yerli idarəetməyə təhvil vermək niyyətindədir”, - məlumatda deyilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət