Slimfit
  1. AZƏRBAYCAN

Daha bir əfv fərmanı imzalana bilər – Cəfəroğlu

Daha bir əfv fərmanı imzalana bilər – Cəfəroğlu
Sakura

Daha bir əfv fərmanı imzalana bilər – Cəfəroğlu

Prezidentin bu humanist addımı hazırkı vəziyyətdə yerində və müsbət qərar idi.

Bu sözləri Axar.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2020-ci il 6 aprel tarixli sərəncamı haqqında danışarkən deyib. O qeyd edib ki, koronavirus pandemiyasının sürətlə yayıldığı bir zamanda belə bir qərarın verilməsi təqdirəlayiq haldır:

“Çünki bu xəstəlik ölkə, sərhəd tanımır. Bu gün insanların ailə üzvlərinə hər zamankından daha çox ehtiyacları var. Buna görə də xüsusilə yaşlı insanların azadlığa buraxılması mühüm hadisədir. Düşünürəm ki, ötən gün belə bir humanist addım atan Prezidentimiz “siyasi məhbus” kimi adı çəkilənlər üçün də əfv fərmanı imzalayacaq. Bu, cəmiyyətimizdə də çox müsbət qarşılanar”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2020-ci il 6 aprel tarixli sərəncamına əsasən 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR