Daha bir cüdoçumuz dünya çempionatının medalçıları sırasına düşə bilməyib
Bakıda Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatı davam edir.
Daha bir cüdoçumuz - Orxan Səfərov Bakı mundialında mübarizəni dayandırıb.
13:04
Bakıda Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatı davam edir.
Orxan Səfərov 1/4 finalda "Bakı-2015" ilk Avropa Oyunlarının bürünc medalçısı, Avropa çempionu gürcüstanlı Amiran Papinaşvili ilə qarşılaşıb. Görüşdə rəqib ipponla qalib gəlib.
O.Səfərovun təsəlliverici görüşlərə qatılması gözlənilir.
12:04
Orxan Səfərov dünya çempionatında növbəti qələbəsini qazanıb.
Madaqaskar cüdoçusu Abdou Bin Nazirə qalib gələn idmançımız növbəti mərhələdə "Bakı-2015" ilk Avropa Oyunlarının bürünc medalçısı, Avropa çempionu gürcüstanlı Amiran Papinaşvili ilə görüşdə gücünü sınayacaq.
11:23
Çüdoçumuz Orxan Səfərovun (60 kq) Bakı mundialında növbəti rəqibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi 1/16 finalda Madaqaskar təmsilçisi Abdou Bin Nazir ilə qarşılaşacaq.
11:05
Çüdoçumuz Orxan Səfərov (60 kq) ilk görüşünü qələbə ilə başa vurub.
AZƏRTAC xəbər verir ki, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan O.Səfərov 1/32 finalda monqolustanlı Amartuvşin Bayaraanı məğlub edib. Növbəti mərhələdə idmançımız Edvin Sello (Botsvana)-Abdou Bin Nazir (Madaqaskar) cütünün qalibi ilə üz-üzə gələcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət