Slimfit
  1. İDMAN

Daha bir boksçumuz ermənini diz çökdürdü

Daha bir boksçumuz ermənini diz çökdürdü
Sakura

Daha bir boksçumuz ermənini diz çökdürdü

Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku”nun yarımfinal mərhələsində azərbaycanlı boksçu Məhəmməd Abdullayev (+91 kq) erməni Qurgen Hovannisyanla görüşüb. 

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, o, Ermənistan təmsilçisini 4:1 (30:27, 29:28, 28:29, 29:28, 30:27) hesabı ilə məğlub edib. Boksçumuz finalda moldovalı Aleksey Zavatini sınağa çəkəcək.

Bundan başqa, 52 kq çəki dərəcəsində rinqə çıxan Məsud Yusifzadə də finala vəsiqə qazanıb. O, rusiyalı Elbrus Soltuxanova 3:1 (27:29, 29:27, 30:26, 28:28, 30:26) hesabı ilə qalib gəlib. M.Yusifzadə həlledici görüşdə monqolustanlı Enx-Mandax Xarxuu ilə üz-üzə gələcək.

Onlardan fərqli olaraq, R.Məmmədli (91 kq) yarımfinal səddini keçə bilməyib. İdmançımız braziliyalı Abner Juniora uduzaraq, bürünc medalla kifayətlənib.

Qeyd edək ki,  Rahil Məmmədli 1/4 final mərhələsində ermənistanlı boksçu Henrik Sarkisyanı məğlub etmişdi. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR