Dərc edildi: Baxış sayı: 619
Daha 6 məhkum azadlığa buraxılıb - Əfv Sərəncamı
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsindən 65 yaşı tamam olan 6 məhkum azadlığa buraxılıb.
Redaktor.az-ın məlumatına görə, müəssisədən azadlığa buraxılan ən yaşlı məhkum 1945-ci il təvəllüdlüdür. Digər məhkumlardan 2 nəfər 1952-ci il, 1 nəfər 1953-cü il, 1 nəfər 1954-cü il, 1 nəfər isə 1955-ci il təvəllüdlüdür. Əfv edilən 6 nəfər məhkum cəzaçəkmə müəssisəsində həkim müayinəsindən keçirilərək azadlığa buraxılıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət