Dərc edildi: Baxış sayı: 482
Dağlıq Qarabağa qanunsuz səfər edən isveçrəli kosmonavtın adı 'qara siyahı'dan çıxarılıb
İsveçrə Konfederasiyasının vətəndaşı, isveçrəli kosmonavt Klod Nikolye Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.
Bu barədə "Report"a XİN-dən məlumat verilib.
Məktubunda Klod Nikolye Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət ifadə etdiyini bəyan edib və səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu bildirib.
İsveçrə vətəndaşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət