Slimfit
  1. AZƏRBAYCAN

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
Sakura

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat…

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Bəyanatı AZƏRTAC-a şərh edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini, professor Elçin Əhmədov bildirib ki, Ermənistan dövlətinin yürütdüyü işğalçılıq siyasəti artıq 30 ildir dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir. XX əsrin 80-ci illərinin sonunda Ermənistan yenidən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdü. Bunun ardınca, Er¬mə¬¬nistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi.

1988-1992-ci illərdə Ermənistan silahlı qüvvələri bir-birinin ardınca Dağlıq Qarabağda azərbaycanlılar yaşayan 30-dan çox yaşayış məntəqəsinı işğal etdi. 1992-ci il fevralın 26-da bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olub.

1992-ci il mayın 8-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Şuşa şəhərinin işğalı ilə bütünlüklə zəbt edildikdən az sonra, mayın 18-də Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdan kənarda yer¬lə¬şən qədim Azərbaycan şəhəri Laçını da işğal etdilər. Nəti¬cədə 1835 kvadratkilometr ərazisi, 1 şəhər və 120 kəndi olan Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Laçının işğalı müharibənin Dağlıq Qarabağın hüdudlarından çıxdığını və Ermənistanın hərbi işğal¬çılıq niyyətinin böyük olduğunu göstərdi. Ermənilərin “huma¬nitar dəhliz” adlandırdığı bu yol ilə Dağlıq Qarabağa külli miqdarda silah, döyüş sursatı və hərbi qüvvə gətirildi. Laçının işğalı nəticəsində rayonun əhalisi bütünlüklə etnik təmizləməyə məruz qalmış və hazırda 77 mindən çox əhali öz doğma torpağından məcburən köçkün düşərək Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmışlar.

Hazırda Azərbaycanın işğal olunmuş ərazilərində, o cümlədən Laçın rayonunda Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyətlər, məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, xüsusilə Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi bütün beynəlxalq və humanitar hüququn pozulması deməkdir.

İşğal nəticəsində Laçın rayonu ərazisindəki memarlıq abidələri bütünlüklə talan edilib, yandırılıb, dağıdılıb və məhv edilib. Tarixi və memarlıq abidələrindən Hoçaz kəndindəki mağara-məbəd (V əsr), Cicimlidəki Məlik Əjdər türbəsi (XIV əsr), Minkənddəki XV əsr məbədi, Qarıqışlaqda Dəmirovlu pir məbədi, Bülövlük kəndinin şimalındakı qədim Kişpəyədə Alban məbədi, Piçənisdə Alban məbədi, Kosalar kəndindəki Ağoğlan qəsri (IX əsr), Adsız türbə (XVII-XVIII əsrlər), Şeyx Əhməd türbəsi (XIX əsr), Qarıqışlaq kəndindəki məscid (1718), Malxələf kəndindəki Xəlifə türbəsi (XVII əsr), Hüsülü kəndində Həmzə Sultan sarayı (1761), Həkəri çayı üzərindəki körpü (XVIII əsr), Ağoğlan çayı üzərindəki məbəd (XIX əsr), Minkənd kəndindəki Birtağlı və İkitağlı körpülər (XIX əsr), Güləbirddəki türbə, eləcə də yüzlərlə tarixi və memarlıq abidələrimiz talan edilib, dağıdılıb və mənimsənilib.

Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə, 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılıb. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilib, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılıb.

XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində 1992-1993-cü illərdə Azərbaycanın Dağ¬¬lıq Qarabağ bölgə¬¬si və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Fü¬zu¬li, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları zəbt edilib və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox his¬sə¬si Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ermənistanın hərbi təcavüzü nəticəsində bu ərazilər etnik təmizləməyə məruz qalıb, Azərbaycanın işğal olunmuş əra¬¬zi¬lə¬rin¬dən 1 milyondan çox azərbaycanlı öz doğma torpağından məcburən köçkün düş¬üb. Bütün dövrlərdə olduğu kimi, 1988-1993-cü illərdə Ermənistanın həyata keçirdiyi bu işğalçılıq siyasəti nəticəsində 20 min azərbaycanlı həlak olub, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub.

Ermənistanın Azər¬bay¬ca¬na qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sər¬həd¬lərinin toxunulmazlığının zəruriliyi bir daha təsdiqlənir, işğalçı qüvvələrin zəbt etdik¬lə¬ri Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması tələb edilir. Ancaq BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Qoşulmama Hərəkatının, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq, indiyədək Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmayıb.

Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən çox, o cümlədən Laçın rayonunun 77 mindən çox olan azərbaycanlıları beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini müdafiə etməyə, tarixi, memarlıq və dini abidələrimizin məqsədyönlü şəkildə dağıdılması, talan edilməsi və mənimsənilməsinə, eləcə də bu işğala son qoyulmasına çağırır.

“Hesab edirik ki, münaqişənin ədalətli həlli Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması haqqında BMT Təhlükəsizlik Şu¬ra¬sı tərəfindən qəbul edilmiş müvafiq qətnamələrin icra edilməsindən, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ətraf yeddi rayonundan məcburi köçkün düşmüş azərbaycanlıların doğma torpaqlarına qayıtmasından və ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün bərpasından sonra mümkündür. Yalnız bu halda iki ölkə arasında normal qonşuluq münasibətlərinin qurulması, regionda davamlı və ədalətli sülh təmin oluna bilər”, - deyə bəyanatda qeyd edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR