Dağılan Quba yolu: yenisi fərqli istiqamətdən çəkilir
Xüsusilə dağlıq ərazilərdə sürüşmə zonasından keçən yollarda müəyyən dağılmalar, sıradan çıxmalar olur. Bunlar o qədər də böyük problemlər deyil və qısa müddətdə aradan qaldırılır.
Bu sözləri Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bakı-Quba yolunda aparılan təmir işləri ilə əlaqədar danışarkən bildirib.
A.Nəcəflinin sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamı əsasında hazırda Bakı-Quba-Rusiya Federasiyası sərhəddi avtomobil yolunda təmir işlərinı başlanılıb:
“Hazırda Tağıyev qəsəbəsinin çıxışının 45-ci km-indən başlayaraq, 53-cü km-dək olan hissədə mövcud yol yenidən qurulur. Yolun köhnə beton örtüyü artıq sökülüb və yerinə yeni asfalt-beton örtüyü döşənir”.
A.Nəcəfli bildirib ki, yol 53-cü km-dən artıq ayrılaraq Xaçmazın Gəndob qəsəbəsinə qədər dənizkənarı ilə gedəcək:
“Oradan isə Rusiya sərhədinə qədər olan və təmiri aparılan yola birləşdiriləcək. Orada tam olaraq yeni müasir yol yaradılacaq. 1–ci texniki dərəcəyə uyğun olaraq iki gediş, iki gəliş yolu olan, 4 zolaqlı avtomobil yolu qurulur. Bu da sırf Rusiyadan Simal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşən əsas yollardan biri hesab olunur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət