Slimfit
  1. ƏDƏBİYYAT

Dadaloğlu - Sevərəm Qır atı, bir də gözəli

Dadaloğlu - Sevərəm Qır atı, bir də gözəli
Sakura

Dadaloğlu - Sevərəm Qır atı, bir də gözəli

Bu yalan dünyaya gəldim, gələli, 
Sevərəm Qır atı, bir də gözəli. 
Dəyib on beşimə kəndim biləli, 
Sevərəm Qır atı, bir də gözəli.

Atm beli qısa, boynu uzunu,
Quru surətlisi, alma gözünü,
Qızın iplik-iplik süd bəyazını, 
Sevərəm Qır atı, bir də gözeli.

Atı quş tutmasın çıxdığı zaman, 
Yalı qaval kimi yıxdığı zaman,
At dörd, qız on beşə yetdiyi zaman, 
Sevərəm Qır atı, bir de gözəli.

Dadaloğlum hiylə yoxdur işimdə, 
İyid olan iyid görər duşunda,
At dördünde, gözəl on beş yaşında, 
Sevərəm Qır atı, bir də gözəli.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR