Dərc edildi: Baxış sayı: 6586
Dadaloğlu - Olar
Aşağıdan Yusif paşam, bax, gəlir,
Düşməninə qarşı gedən mərd olar.
Şahin qocalsa da verməz ovunu,
Əsli qurd olanın özü qurd olar.
Ərəb atlar yağma oldu arada,
Fitillər işləyir azğın yarada.
Mənə derlər, nə gəzirsən burada,
Ölənəcən ürəyimdə dərd olar.
Ərəbatın yedim-yedim yedərlər,
Olanca malımı talan edərlər.
Ölüm-zülüm yapdırdığım odalar
Qorxuram ki, düşmən qonar yurd olar.
Dadaloğlu der ki, göründü dağlar,
Axirət qovğasın görənlər ağlar.
Mən öz öldüyümə yanmıram, bəylər,
Zalım düşmən üstümüzə mert olar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət