Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Dad və iybilmə hissi niyə itir? – SƏBƏBLƏR

Dad və iybilmə hissi niyə itir? – SƏBƏBLƏR
Sakura

Dad və iybilmə hissi niyə itir? – SƏBƏBLƏR

Bəzi insanlarda dadbilmə və iybilmə hissi olmur. Bu ya anadangəlmə, ya da zamanla baş verir.

Dadbilmə və iybilmə hissi bizləri zəhərli qazlardan, yanğın və vaxtıkeçmiş qidalardan qoruyur.

Buna görə də insan həyatı üçün olduqca vacibdir.

Hətta çox zaman bu barədə problem yaşayanlar qida və içki rasionlarını dəyişmək məcburiyyətində qalırlar.

Bəs dad və iybilmə hissinin itməsinin səbəbləri nədir? Bu problemi yaşayan zaman hara müraciət etmək lazımdır?

Ens.az xəbər verir ki, Yeniavaz.com səbəblərini təqdim edir:

- Dadbilmə və iybilmə hissinin ən yaxşı olduğu vaxtlar 30-60 yaş aralığıdır. 60 yaşdan sonra bu hisslər tədricən fəaliyyətini itirir;

- Bəzi dərman növləri;

- Burun xəstəlikləri;

- Pestisidlər kimi müxtəlif kimyəvi maddələrlə təmas;

- Radioterapiya;

- Siqaret istifadəsi;

- Bəzi şəxslərdə anadangəlmə qoxu və dadbilmə hissi az olur;

- Üst tənəffüs yollarının infeksiyaları;

- Kəllə-beyin travması;

- Bəzi hormonal pozuntular;

- Ağız və diş problemləri.

Dad və iyi necə hiss edirik?

 Ağız, burun və boğazdakı sinir ucları tərəfindən qəbul edilən cisimlərdən sərbəst buraxılan molekullar tərəfindən beyinə siqnal ötürülür, bu zaman dad və iybilə funksiyası işə düşür. Eyni zamanda qoxu hissi bizə bir çox qidaları dadmağa da kömək edir. Buna görə burun tıxanıqlığı zamanı rast gəldiyimiz xəstəliklərdə xoşagəlməz dad hiss edirik.

Bundan başqa dadbilmə və iybilmə hissinin itməsi beyində şiş olmasının da əlaməti ola bilər. Dəqiq səbəblərin araşdırılması üçün mütləq həkimə müraciət etmək lazımdır.

 Qeyd edək ki, dad və iybilmə itkisi COVID-19-un əsas əlamətlərindən biridir. Bildirilir ki, orqanizm burun boşluğunda olan bəzi hüceyrələrə virus daxil olmaması üçün bəzi zülalları gizlədir. Bu halda isə həmin zülallarda olan dad və iybilmə reseptorları kənarda qaldıqları üçün bu hisslər itir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR