Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Dabanlardakı çatlar və onlara qulluq vasitələri

Dabanlardakı çatlar və onlara qulluq vasitələri
Sakura

Dabanlardakı çatlar və onlara qulluq vasitələri

Dabanlardakı çatlar və onlara qulluq vasitələri. Siz də ayaqlarınızın və dabanlarınızı gözəl olmasını istəyirsinizsə o zaman aşağıdakıları diqqətlə oxuyun. Dabanlarda əmələ gələn çatlar bütün qadınların problemi sayılır. Dabanlardakı çatlar estetik görüntünü pozmaqla yanaşı vaxtında qulluq edilmədukdə getdikcə dərinləşir. Bu zaman dabanları əvvəlki halına gətirmək daha da çətinləşir.  Dabanların sərtləşməməsi və çatların dərinləşməməsi üçün onların qayğısına vaxtında qalmaq lazımdır. Çünki, zaman keçdikdə daban nahiydə ölü toxumaların miqdarı artır və xoşagələməz görüntü əmələ gəlir. Ölü toxumalar çoxaldıqca onların təmizlənməsi çətinləşir. Çatların əmələ gəlməməsi üçün isə hər dəfə hamamdan çıxdıqdan sonra dabanlara yumşaldıcı krem sürtmək lazımdır. Dabanları yumşaltmaq üçün ən yaxşı vasitələrdən biri kakos yağıdır. Kasos yağı dərini sərtləşməyə qoymur və yumşaq saxlayaraq həmin hissənin qanla qidalanmasını təmin edir. Dabanlara kakos yağı sürtdükdə dabanların yumşaqlığı yaş ötdükcə olduğu kimi qalır. Bunun üçün ayaqları rozmarin və çokə çiçəyi qatılmış isti suda vanna etməli və quruladıqdan sonra zeytun yağı qarışdırılmış kakos yağı sürtmək lazımdır. Sonra ayağınıza polietilen paket keçirib gecə boyu ayağınızda saxlayın.

Gözəl və sağlam ayaqlara sahib olmaq qulluq tələb edir.  

Dabanların sərtləşməsinə və çatlamasına daban bölgəyə təzyiqin olması, dabanın qıcıqlanması, həmin hissəyə qanın yaxşı işləməməsi, dikdaban ayaqqabılar, dabanlara düzgün qulluğun edilməməsi səbəb olur.

Dabanların yumşaq olması, çatların əmələ gəlməsi və çatlardan xilas olmaq üçün aşağıdakı resepti dabanlarınıza tətbiq edin:

* aspirin - 300 mq

* 70%-li spirt və ya konyak - 250 ml

Hazırlanması:

Aspirinlər toz halına salınana kimi əzilir, spirtə və ya konyaka qarışdırılaraq 1-2 gün saxlanılır.

İstifadə olunma qaydası:

Qarışım tənzifə və ya pambıq parçaya sürtülür və dabanlara qoyulur. Ayaqlara neylon corab və ya polietilen paket keçirilir. Qarışım ayaqda gecə boyu saxlanılır.Səhər ayaqlar isti su ilə yuyulur, qliserin və ya yağlı krem sürtülür.

Bu resepti 10 gün tətbiq etdikdə dabanlarınızdakı ölü toxumalardan xilas olduğunuzu görəcəksiniz.

Mənbə: Milli.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR