Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Dabanda ağrıların səbəbi - daban şporları

Dabanda ağrıların səbəbi - daban şporları
Sakura

Dabanda ağrıların səbəbi - daban şporları

Pəncə, demək olar, bütün gün ərzində çox güclü yükləmələrə məruz qalır. Pəncə daim 50, 70, hətta 100 kq çəki "daşıyır".

Məhz bu səbəbdən pəncənin alt hissəsində olan bağlarda bəzi mənfi fakrorların təsirindən çox asanlıqla kiçik yırtıqlar əmələ gələ bilər. Adətən belə mikroyırtıqlar özü özündən bitişir. Lakin bəzən bu baş vermir və bu yerdə və ətraf toxumalarda iltihab yaranır. Daban sümüyü bu iltihaba cavab olaraq böyüməyə başlayır, sümükdə iti çıxıntı əmələ gəlir. Bu çıxıntıya "daban şporu" deyilir. Daban şporu həm bir, həm də hər iki pəncədə əmələ gələ bilər.

Bu kifayət qədər yayılmış pozulmadır. Adətən daban şporu 40 yaşından sonra əmələ gəlməyə başlayır. Qadınlarda bu pozulmaya kişilərlə müqayisədə daha tez-tez təsadüf edilir.

Tibbdə bu pozulmanın səbəbləri məlum deyil. Lakin mütəxəssislər bu pozulmanın bəzi risk faktorlarını ayırd edirlər:

- yastıpəncəlik,

- artıq çəki,

- podaqra,

- ayaq oynaqların xəstəlikləri və iltihabları (artroz, osteoartroz, artrit və s.)

- travmalar (xüsusilə daban sümüyü travmaları),

- maddələr mübadiləsi pozulmaları,

- ayaqlarda qan dövranı pozulmaları ilə müşayiət olunan xəstəliklər (şəkərli diabet və s.),

- həddən artıq yükləmələr (adətən idmançılarda),

- bəzi onurğa xəstəlikləri.

Daban şporların əsas simptomu hərəkər və fiziki yükləmə zamanı dabanda olan güclü ağrılar. Belə ağrılar həmçinin insan uzun müddət ərzində uzandıqdan və ya oturduqdan sonra yeriməyə başladıqda əmələ gəlir (bunlara "start ağrılar" deyilir).

Ağrılar çox kəskin olur və əsasən günün birinci yarısında daha çox hiss olunur.

Daban şporuna şübhə yarandıqda ortoped (və ya ortoped-cərrah) həkiminə müraciət etmək lazımdır. Bunu simptomlar əmələ gəldikdən dərhal sonra etmək lazımdır. İlkin  mərhələlərdə xəstəlik daha asan müalicə olunur.

Daban şporu diaqnozun qoyulması üçün həkim xəstə pəncəni müayinə edir və xəstəni rentgen müayinəsinə göndərir. Rentgen şəklində daban sümüyündə olan iti çıxıntı görünür. Məhz bu çıxıntı xəstədə ağrılara səbəb olur.

Daban şporu kompleks şəklində müalicə olunur - dərmanlar (ağrısızlaşdıran, iltihabəleyhinə preparatlar, bəzən hormonlar), xüsusi ortopedik vasitələr (ortopedik ayaqqabı içlikləri-supinatorları, daban altına qoyulan xüsusi yumşaq içliklər), fizioterapiya (lazer, ultrasəs, müalicəvi palçıqla müalicə və s.), müalicəvi bədən tərbiyəsi.

Çox nadir hallarda daban şporu zamanı cərrahi müalicə tətbiq oluna bilər.

Mənbə: Saglamolun.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR