Slimfit
  1. MƏDƏNİYYƏT

Da Vinçi – 500: Luvrda yubiley sərgisi

Da Vinçi – 500: Luvrda yubiley sərgisi
Sakura

Da Vinçi – 500: Luvrda yubiley sərgisi

Fransanın Luvr muzeyində rəssam, heykəltəraş, memar, riyaziyyatçı və alim Leonardo da Vinçinin 500 illik yubileyi münasibəti ilə çoxdan gözlənilən və ən bahalı sərgi təşkil olunub.

Qafqazinfo”nun “MİR 24”ə istinadən məlumatına görə, kuratorlar bütün dünyadan 160 şəkil, heykəllər, məktublar, şəkillər və çertyojlar toplaya bilib. Ekspoziyaya 4 ay müddətinə kraliça II Yelizavetada olan işlər də verilib. Bundan əlavə, Peterburqun Ermitaj muzeyində saxlanılan “Madonna Benua” əsəri də gətirilib.  

Rəssamın ən məşhur “Mona Liza” əsəri isə sərgidə virtual vizuallıq texnologiyası ilə təqdim edilib. Şəkil həmənki yerində, Luvrun daimi ekspozisiya zalında gülləkeçirməz şüşənin altında qalacaq.

Sərgidə da Vinçinin şedevrlərinin araşdırmalarının nəticələri də təqdim edilib - infoqırmızı şüalar şəklin əsasını görməyə imkan verir.

Sərgi 2020-ci ilin 24 fevral tarixinə qədər davam edəcək. Şedevrlərin yarım milyondan çox insan tərəfindən baxılacağı gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR