Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

D vitamini çatışmazlığı psixikanı pozurmu?

D vitamini çatışmazlığı psixikanı pozurmu?
Sakura

Şizofreniya riskini hələ körpə yaşlarında müəyyən etmək olar. Son tədqiqatlara görə, anadangəlmə D vitamini…

Şizofreniya riskini hələ körpə yaşlarında müəyyən etmək olar. Son tədqiqatlara görə, anadangəlmə D vitamini çatışmazlığı ilə yetkin yaşda şizofreniyanın inkişafı arasında əlaqə var. Ehtimal ki, bu, qismən genlərlə bağlıdır.

Axar.az xəbər verir ki, Kvinslend Universitetinin Beyin İnstitutu Orxus Universiteti birgə tədqiqat apararaq 2602 pasiyentin tibbi məlumatını təhlil edib. Həmin adamlara “şizofreniya” diaqnozu qoyulub. Körpə yaşlarında onların qanında D vitamininin səviyyəsi müxtəlif olub. Məlum olub ki, pasiyentlərin 44 faizində uşaq yaşlarında D vitamini çatışmazlığı müşahidə edilib. Bu da yaşa dolduqca onlarda şizofreniya riskini birmənalı şəkildə artırıb.

Ümumi təhlil göstərib ki, D vitamininin konsentrasiyasında dəyişmələr olduğuna görə şizofreniya halları 8 faizə qədər arta bilər. Həkimlər düşünürlər ki, görəsən, hamilə qadınlara D vitamini yeritməklə gələcəkdə şizofreniyanın inkişafının qarşısını almaq olarmı?

Yeri gəlmişkən, daha əvvəl şizofreniya və autizm, habelə autizm və perinatal D vitamini çatışmazlığı arasında da genetik əlaqə aşkar edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR