Slimfit
  1. MARAQLI

Cüzam (lepra) İlk xəstəlik

Cüzam (lepra) İlk xəstəlik
Sakura

Alimlər bəşəriyyət tarixində ilk xəstəliyin hansı olduğunu öyrəniblər

Hyustondan bir qrup alim bəşəriyyətin mövcudluğu tarixində ən qədim xəstəliyi aşkar etməyə nail olublar. Bu xəstəlik İncildə adı çəkilən cüzam (elmi dildə lepra) oldu.

İndi cüzam troipik ölkələrdə yayılıb. Bu xəstəlik zamanı dəri, yuxarı nəfəs yollarının selikli qişası və səthi yerləşmiş sinirlərə təsir göstərir. Xəstəlik vaxtında müalicə olunmayanda üzün ağır deformasiyası və çirkinliyə gətirib çıxarır.

Cüzam bakteriyaları insan orqanizmindən kənarda möcvud ola bilməz. Həqiqətən, lepra bəşəriyyətə qədim dövrlərdən məlumdur. Bu xəstəlik İncildə tez-tez bəhs edilir.

Sən demə,  cüzam kimi xəstəliyin bakteriyaları 10 milyon il bundan əvvəl mövcud olub. Lepranın (cüzamın) patogenləri sələflərimizə də zərər vurublar. İnsanlar bu xəstəliyə Afrikadan köçüb bütün dünya üzrə yerləşməyə cəhd edərkən yoluxublar.

Cüzam ona yoluxmuş və müalicə olunmayan insanlarla yaxın və sıx əlaqə zamanı burun və ağızdan ayrılmalar vasitəsilə ötürülür. Son onillikdə bu xəstəliyə nadir hallarda rast gəlinir. Məsələn: 1990-cı illər ərzində dünyada cüzam xəstələrinin sayı 10-12 milyondan 1,8 milyona qədər azalmışdı. Lepra əsasən tropik ölkələrdə yayılıb.

 

Mənbə: Populyarnaya nauka

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR