Dərc edildi: Baxış sayı: 505
Cümhuriyyətlə bağlı beynəlxalq konfrans keçiriləcək
Noyabrın 30-dan dekabrın 1-dək “Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri” mövzusunda beynəlxalq elmi konfrans olacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan Azvision.az-a verilən məlumata görə, beynəlxalq konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 və “Azərbaycan Tarix Qurumu” İctimai Birliyinin 25 illiklərinə həsr olunub.
Tədbirin təşkilatçıları Tarix İnstitutu və “Azərbaycan Tarix Qurumu”dur.
Elmi konfransda iştirak üçün Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Rusiya, Albaniya, Özbəkistan və başqa ölkələrdən olan alimlər də məruzələrini təqdim ediblər.
Konfrans “Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsidir” və “Cümhuriyyət dövründə Azərbaycan beynəlxalq münasibətlərdə” adlı bölmələrdə fəaliyyət göstərəcək.
Beynəlxalq konfransın açılış mərasimi noyabrın 30-da, saat 10:00-da AMEA-nın əsas binasının kiçik akt zalında olacaq.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət