Slimfit
  1. DÜNYA

Culian Assanj azad edildi

Culian Assanj azad edildi
Sakura

Culian Assanj azad edildi

ABŞ-nin məxfi sənədlərini açıqlayan "WikiLeaks"in qurucusu Culian Assanj ABŞ hökuməti ilə razılaşma çərçivəsində Şimali Mariana adalarında hakim qarşısına çıxıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, ona qarşı tək ittihamı qəbul edən Assanj sərbəst buraxılıb.

Saipan Ədliyyəsində keçirilən dinləmələrə qatılan 52 yaşlı Assanj ABŞ-nin gizli milli müdafiə sənədlərini əldə etmək üçün sui-qəsd təşkil etmək və açıqlamaq ittihamını qəbul edib.

O, ittiham edildiyi Casusluq Aktının ifadə azadlığı ilə ziddiyyət təşkil etdiyinə inandığını ifadə edib. Bununla belə, Assanj öz mənbələrini məxfi məlumatları yayımlamaq üzrə gizli bilgi təmin etməyə təşviqin qanuna zidd ola biləcəyini qəbul edib.

Məhkəmə Assanjı İngiltərədə həbsxanada keçirdiyi müddəti nəzərə alaraq azad edib. O, təyyarə ilə ölkəsi Avstraliyaya yola düşüb.

Qeyd edək ki, Assanj tərəfindən təsis edilən "WikiLeaks" saytı ABŞ-nin 2010-cu ildə İraq və Əfqanıstanda törətdiyi cinayətlərlə bağlı sənədləri dərc edib. ABŞ-nin casusluqda ittiham etdiyi və ekstradisiyasını tələb etdiyi Assanj 2012-ci ildə Ekvadorun Londondakı səfirliyinə sığınıb. 2019-cu ildə buradan çıxarılaraq nəzarətə alınan Assanj girov şərtlərini yerinə yetirmədiyi üçün həbs edilib.

Britaniya Ali Məhkəməsi Assanjın 2021-ci ildə ABŞ-a ekstradisiya oluna biləcəyinə qərar versə də, vəkilləri 2022-ci ildə qərara etiraz ediblər. ABŞ tərəfindən 18 cinayətdə mühakimə olunması gözlənən Assanj İngiltərədəki yüksək təhlükəsizlikli Belmarş həbsxanasına göndərilib.

Assanj sonuncu dəfə London Ali Məhkəməsi tərəfindən zaminə buraxıldıqdan sonra həbsxanadan çıxıb və İngiltərəni tərk edib.

ABŞ materikinə səyahət etmək istəmədiyindən onun məhkəməsi ABŞ ərazisi olan və ölkəsi Avatraliyaya yaxın olan Şimali Mariana adalarında keçirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR