Cüdoçularımızın rəqibləri bilindi
Azərbaycan cüdoçularının sentyabrın 20-də Milli Gimnastika Arenasında start götürəcək dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib.
Oxu.Az xəbər verir ki, nüfuzlu yarışda təşkilatçı ölkənin doqquz kişi və dörd qadın cüdoçusu mübarizə aparacaq.
Onlardan ikisi 1/16 final, qalanları isə 1/32 final mərhələsindən mübarizəyə başlayacaq.
Qadınlar
48 kq
1/32 final. Aişə Qurbanlı - Amber Qersyes (Hollandiya)
52 kq
1/32 final. Buyankişiq Purevsuren - Çelsi Qilz (Böyük Britaniya)
57 kq
1/32 final. İçinxorlu Munxtsedev - Amelie Ştol (Almaniya)
+78 kq
1/16 final. İrina Kindzerskaya - Sandra Yablonskite (Litva)
Kişilər
60 kq
1/32 final. Orxan Səfərov - Amartuvşin Bayaraa (Monqolustan)
1/32 final. Kəramət Hüseynov - Yoran Şildermans (Belçika)
66 kq
1/32 final. Nicat Şıxəlizadə - Məhəmməd Abdelmavqud (Misir) / Brayan Çiminya (Zimbabve)
73 kq
1/32 final. Rüstəm Orucov - Məhəmməd Mohyeldin (Misir)
1/32 final. Hidayət Heydərov - Sayyad Sehen (İraq)
90 kq
1/32 final. Məmmədəli Mehdiyev - Viktor Klyavusev (Belarus)
100 kq
1/32 final. Elmar Qasımov - Martin Paçek (İsveç)
1/32 final. Zelim Kotsoyev - Yoakim Dvarbi (İsveç)
+100 kq
1/16 final. Uşanqi Kokauri - Vladislav Syarpitski (Belarus)
İlk yarış günündə Azərbaycan təmsilçilərindən Aişə Qurbanlı (48 kq), Orxan Səfərov və Kəramət Hüseynov (hər ikisi 60 kq) tatami üzərinə çıxacaq.
Qeyd edək ki, sabah yarışlara saat 10:00-da start veriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət